20 may 2026 23:57
87

Türkiyə Sudanın suverenliyini dəstəkləyir

Türkiyə Sudanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi davam etdirir.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sudanın Baş naziri Kamil İdrisi qəbul edərkən deyib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında yayılan məlumata görə, görüşdə ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Türkiyə ilə Sudan arasındakı münasibətlərin, atılan və atılacaq addımlarla daha irəli aparılmasının hədəfləndiyini bildirib.