Bakıda kamandan oxatma idman növü üzrə mövsümün mühüm yerli turnirlərindən birinə start verilir. “İki sahil” xəbər verir ki, Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 31 may - 2 iyun tarixlərində Ölkə Birinciliyi keçiriləcək. Hövsan Olimpiya İdman Kompleksində baş tutacaq yarışda U15 (yeniyetmələr), U18 və U21 (gənclər) kateqoriyaları üzrə ümumilikdə 49 idmançı birincilik uğrunda mübarizə aparacaq. Gənc oxatanlar yaş qruplarına müvafiq olaraq 40, 60 və 70 metr məsafələrdə hədəfi dəqiq vurmaq bacarıqlarını nümayiş etdirəcəklər. Üç gün davam edəcək turnirin proqramına əsasən, mayın 31-də idmançıların sınaq atışları və rəsmi məşqləri təşkil olunacaq. İyunun 1-də birinciliyin əsas yarış mərhələsi baş tutacaq, iyunun 2-də isə final görüşləri keçiriləcək və qaliblərin adları müəyyənləşəcək.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub