23 may 2026 00:15
107

ABŞ-ın milli kəşfiyyat direktoru ərinin xəstəliyi səbəbindən istefa verib

ABŞ-ın milli kəşfiyyat direktoru Tulsi Qabbard ərinin ağır xəstəliyi səbəbindən istefa verib.

“İki sahil” "Fox News"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinə göndərilən rəsmi məktubda bildirilib.

T.Qabbard əri Abrahama nadir sümük xərçəng xəstəliyi diaqnozu qoyulduğunu və müalicəsi zamanı ona dəstək olmaq üçün dövlət qulluğundan ayrılmaq qərarına gəldiyini açıqlayıb.

Məlumata görə, T.Qabbardın son iş günü iyunun 30-u olacaq.