Çinin Şansi əyalətində yerləşən kömür mədənində baş verən qaz partlayışı nəticəsində azı 8 nəfər ölüb, 38 nəfər isə yeraltında qalıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli fövqəladə halların idarə olunması qurumuna istinadla məlumat yayıb.
Məlumata görə, mədənçilərin ölümünə karbonmonoksit səviyyəsinin normadan artıq olması səbəb olub. Xilasedicilər indiyədək 201 nəfəri təxliyə edib, həlak olan səkkiz nəfərin cəsədi isə dağıntılar altından çıxarılıb.
Hazırda yeraltında qalan mədənçilərin xilas edilməsi istiqamətində əməliyyatlar davam edir. Qəzanın səbəbləri araşdırılır.
Kevin Hassett: Süni intellekt yarışmasında Çinə məğlubiyyət Amerika iqtisadiyyatı üçün dağıdıcı ola bilər
ABŞ Senatı milyarderlərin vergi ödənişindəki boşluğu aradan qaldırmaq niyyətindədir
Rusiya daxili tələbatı ödəyə bilmək üçün yanacaq idxalını artırmağı planlaşdırır