Venesuelada bu ilin fevralında qüvvəyə minən əfv qanunundan sonra 395 məhbus azadlığa buraxılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez “Venezolana de Televisión” telekanalına açıqlamasında bildirib.
“Hazırda 395 nəfər azad edilib və yaxın saatlarda bu rəqəmin 500-ü keçəcəyini gözləyirik”, — deyə Rodrigez qeyd edib.
Onun sözlərinə görə, əfv qanununun tətbiqi nəticəsində ümumilikdə 8426 vətəndaşa tam hüquqi azadlıq verilib, onlara qarşı irəli sürülmüş ittihamlar və hüquqi məhdudiyyətlər ləğv olunub.
Əlavə edib ki, qanun qüvvəyə minənədək də 885 nəfər cinayət məsuliyyətindən azad edilmişdi.
Kevin Hassett: Süni intellekt yarışmasında Çinə məğlubiyyət Amerika iqtisadiyyatı üçün dağıdıcı ola bilər
ABŞ Senatı milyarderlərin vergi ödənişindəki boşluğu aradan qaldırmaq niyyətindədir
Rusiya daxili tələbatı ödəyə bilmək üçün yanacaq idxalını artırmağı planlaşdırır