Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti ("Rospotrebnadzor") ölkə bazarlarında Ermənistanda istehsal olunmuş keyfiyyətsiz spirtli içkilər aşkar edib və bu məhsulların satışı dayandırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti açıqlama yayıb.
Məlumatda qeyd olunur ki, "Rospotrebnadzor" dövriyyədə olan məhsullara, xüsusən də alkoqollu içkilərə nəzarəti həyata keçirir.
Yoxlamalar nəticəsində Ermənistanın "Vedi-alko" QSC, "Abovyan konyak zavodu" MMC və "Şahnazaryan" Şərab-konyak evi" MMC tərəfindən istehsal olunan və standartlara cavab verməyən məhsullar müəyyən edilib.
"Rospotrebnadzor"dan bildirilib ki, məcburi tələbləri pozan məhsulların satışının qarşısını almaq məqsədilə idxalçı şirkətlərə və ticarət müəssisələrinə həmin spirtli içkilərin satışının dayandırılması, eləcə də keyfiyyətsiz məhsulların dövriyyədən çıxarılması barədə müvafiq tələblər göndərilib.
Kevin Hassett: Süni intellekt yarışmasında Çinə məğlubiyyət Amerika iqtisadiyyatı üçün dağıdıcı ola bilər
ABŞ Senatı milyarderlərin vergi ödənişindəki boşluğu aradan qaldırmaq niyyətindədir
Rusiya daxili tələbatı ödəyə bilmək üçün yanacaq idxalını artırmağı planlaşdırır