Londonda “Arsenal”ın UEFA Çempionlar Liqasında mümkün çempionluğunun paradına 1 milyondan çox azarkeşin qatılacağı gözlənilir.
“İki sahil” xəbər verir ki, bu rəqəmi yerli polis açıqlayıb. Proqnoz doğrulansa, parad şəhər tarixinin ən böyük futbol tədbirlərindən biri olacaq.
Bildirilir ki, “topçular” mayın 31-də – UEFA Çempionlar Liqasının finalından bir gün sonra çempionluğu qeyd etməyi planlaşdırır.
London təmsilçisi finalda PSJ-ni məğlub edərsə, mövsümü dublla başa vurmuş olacaq. Hazırda azarkeşlər komandanın həm Avropada, həm də ölkə daxilində tarixi uğura imza atacağına ümid edir.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub