“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov klubla yolları ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə “Şamaxı”nın yaydığı açıqlamada bildirilib. 44 yaşlı mütəxəssislə müqavilə müddəti başa çatıb.
“Klubumuz adından Ayxan Abbasova komandamızdakı fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq” - deyə açıqlamada qeyd edilib.
Azərbaycan milli komandasının baş məşqçisi də olan A.Abbasov 2024-cü ildən “Şamaxı”da işləyirdi.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub