Bu gün Gürcüstanın Batumi şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək. 5 gün davam edəcək yarışda kişi boksçulardan ibarət Azərbaycan millisi də qüvvəsini sınayacaq.
“İki sahil” xəbər verir ki, məşqçi Elbrus Rzayevin rəhbərliyi altında rinqə Bilalhəbaşi Nəzərov (50 kq), Tağı Nəsibov, Tayfur Əliyev (hər ikisi 60 kq), Əli Abdullayev (65 kq), Abbasqulu Şadlinski (75 kq) və Kənan Nəcəfov (+90 kq) çıxacaq.
Turnirdə Laçın Baxış ölkəmizi hakim kimi təmsil edəcək.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub