Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatı sona yaxınlaşır.
“İki sahil” xəbər verir ki, dördüncü yarış günündə daha 2 güləşçimiz fəxri kürsüyə qalxıb. Elvin Necəfzadə (85 kq) finalda rusiyalı İbragim Maqomedovla qarşılaşıb. Görüş gərgin mübarizə şəraitində keçib. Həmyerlimiz 1:4 hesabıyla geridə olsa da, əzmkarlıq göstərərək geridönüş edib. Son saniyələrdə qazandığı xallarla 5:4 hesablı qələbə qazanan sərbəst güləşçimiz Avropa çempionu olub. Gülay Xasməmmədova (36 kq) isə həlledici görüşdə rusiyalı Yelizaveta Kirillovaya “tuş”la məğlub olaraq gümüş medalı boynundan asıb.
Beləliklə, güləşçilərimizin cari yarışda medallarının sayı 6-ya çatıb. Bunlar 4 qızıl, 1 gümüş və 1 bürünc medaldan ibarətdir.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub