Fransanın PSJ klubunun müdafiəçisi Əşrəf Hakimi və hücumçu Usman Dembele UEFA Çempionlar Liqasının "Arsenal"a qarşı keçiriləcək final matçında oynamaya bilər.
“İki sahil” "L'Équipe"ə istinadən xəbər verir ki, Hakiminin tezliklə komandanın məşqlərinə qayıdacağı gözlənilsə də, onun mayın 30-da baş tutacaq həlledici görüşə tam hazır olmayacağı ehtimal edilir.
Fransa klubunun digər futbolçusu Usman Dembele isə baldır əzələsindən aldığı zədədən sonra fərdi proqram üzrə hazırlıqlarını davam etdirir. Mayın 26-da komandanın ümumi məşqlərinə qoşulmasa, Dembelenin həlledici oyuna hazırlığı sual altına düşəcək.
Qeyd edək ki, Ə.Hakimi aprelin 28-də UEFA Çempionlar Liqasının yarımfinalında "Bavariya"ya (Almaniya) qarşı keçirilən ilk matçda (5:4) budundan zədə alıb.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub