Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U15 Avropa çempionatına yekun vurulub.
“İki sahil” xəbər verir ki, sonuncu yarış günündə 5 sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb/ Finaladək bütün görüşləri vaxtından əvvəl qələbəylə başa vuran Yusif Abdullayev (38 kq) son qarşılaşmada da ənənəsinə sadiq qalıb. Rezi Yobidzeyə tam üstünlüklə (10:0) qalib gələn həmyerlimiz Avropa çempionu olub. Elman İsmayılov (41 kq) finalda bolqarıstanlı Simyon Velikova 4:15 hesabıyla uduzub və gümüş medalı boynundan asıb. Məhəmməd Kərimov (44 kq) belaruslu Aleksandr Hamova tam üstünlüklə (16:6) qalib gələrək bürünc medal qazanıb. Adəm Quliyev (52 kq) finalda rusiyalı Badruddin Maqomedova 7:9 hesabıyla məğlub olub və yarışı ikinci pillədə başa vurub. Yusif Hüseynov (62 kq) isə bürünc medal uğrunda görüşdə rusiyalı Zaur Najmudinovu üstələyib – 5:0.
Beləliklə, sərbəst güləş millimiz qitə birinciliyində 6 medal əldə edib. Xatırladaq ki, ödən gün Elvin Necəfzadə (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub