Azərbaycan Karate Federasiyasının Qazax-Tovuz regionu üzrə nümayəndəliyinin təşkilatçılığı ilə turnir keçirilib. “İki sahil” xəbər verir ki, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan yarışın əsas məqsədi regionda karate idman növünün inkişafı, gənclərin idmana marağının artırılması və “Azərbaycanın İdman Paytaxtı - Qazax” layihəsinə dəstək göstərilməsi olub.
Turnirdə Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadov və Texniki Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi iştirak ediblər.
Yarış çərçivəsində müxtəlif yaş kateqoriyalarında çıxış edən idmançılar öz qüvvələrini sınayıblar, qaliblər diplom və medallarla təltif olunublar.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub