Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatına yekun vurulub. “İki sahil” xəbər verir ki, böyük məşqçi Namiq Quliyev, məşqçilər Elşad Allahverdiyev, Xəqan Süleymanov və Emin Əzizovun rəhbərliyi altında qitə birinciliyində mübarizə aparan sərbəst güləş üzrə millimiz uğurlu çıxışla yadda qalıb. 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan yığmamız 122 xal toplayaraq komanda hesabında Rusiya (167) və Gürcüstandan (165) sonra üçüncü yeri tutub. Millimiz medalların əyarına görə isə yalnız Rusiyadan geri qalıb.
Xatırladaq ki, komandamızın tərkibində Yusif Abdullayevlə (38 kq) Elvin Necəfzadə (85 kq) qızıl, Elman İsmayılovla (41 kq) Adəm Quliyev (52 kq) gümüş, Məhəmməd Kərimov (44 kq) və Yusif Hüseynov (62 kq) isə bürünc medal qazanıb.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi