“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) “Naxçıvan Enerji” MMC ilə razılaşdırılmış sifarişinə əsasən yenidənqurma və təmir işləri aparılacaq.
RETSİ-dən “İki sahil”ə bildirilib ki, bununla əlaqədar 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasından qidalanan Naxçıvan şəhərinin Əliabad, S.Vurğun, Şəhriyar küçələrində, 48, 59, 60 və 61-ci küçələrdə, Əcəmi, İstiqlal və Heydər Əliyev prospektlərində, həmçinin Kəngərli, Şərur, Şahbuz və Sədərək elektrik şəbəkələrində, eləcə də Babək Elektrik Şəbəkəsinin 35/10 kV-luq Cəhri, Kərimbəyli və Nəzərabad yarımstansiyalarında elektrik enerjisinin verilməsində müvəqqəti məhdudiyyət yaranacaq. Fasilə sabah saat 02:00-dan 04:00-dək olacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.
Bu gün Bakı, Ağdərə, Goranboy, Göyçay və Yevlaxın bəzi ərazilərində işıq olmayacaq
Dövlət ümumi müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər açıqlanıb