26 may 2026 15:05
98

"Neftçi" Abubakar ilə vidalaşıb

"Neftçi" klubu futbolçuları Vensan Abubakar, Edvin Kuç və Kristian Kostinlə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Hər üç oyunçunun müqaviləsinin müddəti yenilənməyib.

Xatırladaq ki, 2025-ci ilin oktyabrında transfer olunmuş Abubakar "ağ-qaralar"ın heyətində 18 rəsmi matç keçirib, 9 qol vurub. O, Premyer Liqada meydana çıxdığı 16 oyunda 7 qola imza atmaqla, ortalama qol sayına görə 2025/2026 mövsümünün ən yaxşılarındandır.

2024-cü ilin yayında transfer olunmuş Kuç "ağ-qaralar"ın heyətində 44 rəsmi oyun keçirib, 1 qol vurub. Kostin isə 2025-ci ilin yayından bu yana 7 rəsmi matçda forma geyinib.