İtaliyanın "Latsio" klubu komandanın baş məşqçisi Mauritsio Sarri və onun məşqçilər korpusu ilə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə klub məlumat yayıb. Klub mütəxəssisə və onun həmkarlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, daha öncə Sarrinin "Atalanta" klubunu çalışdıracağı ilə bağlı xəbərlər yayılmışdı.
Xatırladaq ki, 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən, "Latsio" 54 xal toplayaraq İtaliya A Seriyasının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi