“Sabah” hücumçu Pavol Şafranko ilə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, slovakiyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.
Pavol 2024-cü ildən komandanın uğurları üçün çalışırdı. O, “Sabah”ın heyətində keçirdiyi 55 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib.
Təcrübəli hücumçu “Sabah”la bir dəfə Azərbaycan çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi