ABŞ-nin Nyu-York və Nyu-Cersi ştatlarının prokurorluğu tərəfindən DÇ-2026 üçün bilet qiymətləri ilə bağlı FİFA-ya qarşı araşdırmalara başlanıb.
“İki sahil” xəbər verir ki, yerli prokurorluğun rəsmi bəyanatına görə, çempionat üçün müəyyən edilən qiymətlər tarixin ən baha göstəricisidir. Rəsmilərin diqqətini çəkən əsas məqam isə odur ki, stadionda yaxşı yer tapmaq ümidi ilə baha qiymətə bilet alan azarkeşlərə reallıqda meydandan çox uzaq və əlverişsiz oturacaqlar verilib.
Məlumata görə, buna səbəb FİFA-nın ilk dəfə tətbiq etdiyi dinamik qiymət siyasətidir. Qurum ilk bilet satışı bitdikdən sonra gözlənilmədən "Front Category" (ön kateqoriya) adlı yeni baha bilet növü çıxarıb və nəticədə əvvəlcədən bilet alanların yerləri avtomatik olaraq geriyə çəkilib. FİFA prezidenti Canni İnfantino qiymətlərin bahalığını dünya miqyasındakı böyük tələbat və bilet qıtlığı ilə əsaslandırmağa çalışsa da, prokurorluq rəsmi qurumdan ABŞ-dəki "MetLife" stadionunda keçiriləcək 8 oyun (o cümlədən final matçı) üçün biletlərin necə formalaşdırıldığına dair rəsmi sənədləri tələb edib.
Qeyd edək ki, prokurorluq tərəfindən başladılan bu hüquqi proses bilet alan, lakin yer bölgüsündə aldadıldığını düşünən minlərlə futbol azarkeşinin hüquqlarını qorumağa yönəlib.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub