30 may 2026 09:30
121

UEFA Çempionlar Liqasında final günü

Bu gün UEFA Çempionlar Liqasında 2025-2026 mövsümünün qalibi məlum olacaq.

QOL.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin “Arsenal” və Fransanın PSJ komandaları üz-üzə gələcək.

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Oyunu almaniyalı referi Daniel Zibert idarə edəcək.

Qeyd edək ki, PSJ turnirin son qalibidir. Paris təmsilçisi ötən mövsüm tarixində ilk dəfə bu titula sahib olub. "Arsenal" isə ilk dəfə qitənin bir nömrəli klub turnirinin qalibi olmağa çalışacaq.

30 may

UEFA Çempionlar Liqası
Final

20:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə)
Baş hakim: Daniel Zibert (Almaniya)
"Puşkaş Arena"