Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyuna çıxacaq.
“İki sahil” xəbər verir ki, F qrupunda yer alan komanda bu gün Fransa ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 15:15-də başlayacaq..
Milli bu görüşdə qələbə qazanacağı halda, qrup birincisi olacaq. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv dünən İtaliyaya qalib gələrək (3:0) pley-offa vəsiqəni təmin edib.
Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda Avstriya (1:0), daha sonra İtaliyanı (3:0) məğlub edib. Yığmamız hazırda F qrupunda 6 xalla liderdir. Fransanın 4, İtaliyanın 1 xalı var. Hər iki matçda uduzan Avstriyanın xalı yoxdur.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub