Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi ölkə xaricindəki təlim-məşq toplanışını başa vurub. 12-16 may tarixlərində Macarıstanda təlim-məşq toplanışında olan komandamız bu ölkənin yığma komandası ilə iki yoxlama oyunu keçirib və hər iki qarşılaşmada qələbə qazanıb (3:0, 3:1).
“İki sahil” xəbər verir ki, daha sonra Sloveniyaya yollanan voleybolçularımız mayın 16-dan 29-dək Maribor şəhərində hazırlıq keçiblər. Faiq Qarayevin rəhbərlik etdiyi yığmamız burada baş tutan yoxlama oyunlarında Xorvatiya (3:1) və Avstriya (3:1, 3:1) millilərini, eləcə də ABŞ-nin “Colgate” klubunu (3:0) məğlub edib.
Qeyd edək ki, yığmamız Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandamızın rəqibləri İsveç və Estoniya milliləri olacaq.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub