Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, F qrupunda yer alan komanda bu gün Fransa ilə qarşılaşıb. Matç millimizin 3:2 hesablı qələbəsi ilə başa yekunlaşıb. Millimizin heyətində Cəfər Cəfərov, Elvin Əlizadə və Ramiz Çovdarov fərqləniblər.
Bu nəticədən sonra yığmamız Avropa çempionatında qrupu lider olaraq başa vurub.
Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda Avstriya (1:0), daha sonra İtaliyanı (3:0) məğlub edib.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub