30 may 2026 23:04
146

ÇL: PSJ çempion oldu!

Bu gün UEFA Çempionlar Liqasında 2025-2026 mövsümünün qalibi məlum olub.

“İki sahil” xəbər verir ki, həlledici görüşdə İngiltərənin “Arsenal” və Fransanın PSJ komandaları üz-üzə gəlib.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən matçın birinci hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Komandalar əlavə vaxtda fərqi artırmağa nail olmayıb. Penaltilər seriyasından isə PSJ qalib ayrılıb.

Qeyd edək ki, PSJ turnirin son qalibidir. Paris təmsilçisi ötən mövsüm tarixində ilk dəfə bu titula sahib olub. "Arsenal" isə ilk dəfə qitənin bir nömrəli klub turnirinin qalibi olmağa çalışacaq.

UEFA Çempionlar Liqası,

Final

30 may

20:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə) - 1:1 (Penaltilər seriyası - 3:4)

Qol: Haverts, 6 (0:1), Dembele, 65-pen. (1:1)
Baş hakim: Daniel Zibert (Almaniya)
"Puşkaş Arena"