21 dekabr 2016 23:33
9170

Banan qabığının gözəllik sirləri

Bananın meyvə kimi faydasını hər kəs bilir. Lakin çoxları banan qabığının kosmetik vasitə kimi istifadə olunduğundan xəbərsizdir. “İki sahil” michellephan.com saytına istinadən xəbər verir ki, amma siz banan qabığından istifadə etməklə, onun möcüzəvi təsiri ilə daha xüsusi bir gözəlliyə sahib ola bilərsiniz.

Banan qabığının gözəllik sirləri ilə tanış olun:

1.Dişlərin ağardılması

İlk öncə dişlərinizi adi diş məcunu ilə yuyun. Daha sonra  onları banan qabığının yumşaq  tərəfi ilə təmizləyin bu proses bir neçə dəqiqədən az olmamalıdır. Banan qabığının tərkibində fosfor, maqnezium, kalsium kimi dişlər üçün olduqca faydalı minerallar vardır və bu minerallar diş minasını parıldatma xüsusiyyətinə malikdir. İstənilən nəticəni əldə edənə qədər gün ərzində 1-2 dəfə bu proseduru təkrarlamaq lazımdır.

2. Parlaq dəriyə sahib olmaq

Banan qabığı dişləri ağartdığı kimi, dərini də parlaq və baxımlı edir. Üzünüzü və bədəninizin digər hissələrini banan qabığının yumşaq hissəsi ilə təmizləməklə siz dərinizin tez qocalmasının, quruluq və qırışların əmələ gəlməsinin qarşısını alır, dərinin təravətliliyini, sağlam rəngini və parlaqlılığını bərpa etmiş olursunuz. Banan qabığını dərinizə sürtün və daha sonra həmin nahiyəni su ilə yaxalayın.

3. Üzdəki qırışları azaldır

Yaşın irəliləməsi ilə üzə çıxan dəri qırışları, banan qabığının qırışıq dəriyə müntəzəm tətbiqi ilə həm düzəlir, həm də qırışların çoxalmasının qarşısını alır. Belə ki, bananın iç tərəfini qırışların olduğu hissəyə 30 dəqiqə sürtüb yatın, səhər yuxudan qalxanda  banan qabığının  möcüzəvi sirrini görəcəksiniz.

4. Sızanaqlarla mübarizədə

Sızanaqlı üzlər üçün banan qabığı, həm çox faydalı həm də rahat  bir vasitədir. Üzünüzü qəşəng təmizlədikdən sonra üz bölgəsinə, banan qabığı sürtün və sonra ilıq su ilə yuyun. Bunu gündə 3 dəfə təkrar edin. Tərkibindəki fermentlər dərini minerallarla qidalandıraraq onu mükəmməl şəkildə təmizləyir,  antioksidantlar isə dezinfeksiyaedici təsir göstərərək dəri qatlarındakı iltihabı aradan qaldırır. Bu metoddan nizamlı olaraq tətbiq etsəniz, çox keçmədən sızanaqların yox olduğunu görəcəksiniz.

5. Şişkin gözlərlə mübarizədə

Xiyardan daha effektiv təsirə malik olan  banan qabığı gözlərdə yaranan yorğunluğu, şişkinliyi aradan qaldırır. O, həmçinin gözlərə parlaqlıq gətirir  və gözaltı dərinin təravətliyini qoruyur.