Futbol azarkeşləri Parisin XVI dairəsində PSJ-nin ev oyununu keçirdiyi "Park de Prens" stadionunun yaxınlığında iğtişaşlar törədiblər.
“İki sahil” xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti xəbər verib.
Qəzetin məlumatına görə, xuliqanlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulkalar, fişənglər atıblar. Polis buna göz yaşardıcı qazdan istifadə edib.
Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, iğtişaşlarla bağlı 10 nəfər saxlanılıb.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi