21 dekabr 2016 23:34
285

Quyu boş çıxıb

“İki sahil” qəzeti “liberianobserver.com” saytına istinadən xəbər verir ki,  “Canadian Overseas Petroleum” şirkəti Liberiyada yüksək proqnozlara ümidlənərək qazdığı “Mesurado-1” quyusunda karbohidrogen ehtiyatı aşkar etməyib. Ərazidə ABŞ-ın “ExxonMobil” şirkəti tərəfindən aparılan qazma sınağı zamanı quyunun boş olduğu üzə çıxıb və quyu sementlənərək tərk edilib.

Kəşfiyyat layihəsində “Canadian Overseas Petroleum” şirkəti 17 % paya sahib idi. 2500 metr su dərinliyində aparılan  qazma işləri boşa çıxdığından, şirkət artıq Nigeriyada sahildənkənar layihələrə qoşulmaq niyyətindədir. Nigeriyada qiymətləndirmə-qazma işlərinin 2017-ci ilin sonunda başlanılması nəzərdə tutulub.