2–6 iyun tarixlərində Bakı Atıcılıq Mərkəzində stend atıcılığı üzrə Ölkə Kuboku 2026 keçiriləcək.
“İki sahil” xəbər verir ki, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışda ölkənin ən güclü və sərrast atıcıları bir araya gələcək. Turnirdə idmançılar Böyüklər və U21 gənclər kateqoriyaları üzrə stend atıcılığının dairəvi (Skeet) və səngər (Trap) növlərində mübarizə aparacaqlar. Yarış iştirakçıları fərdi və komanda hesabında qalibləri müəyyənləşdirmək üçün hədəfləri nişan alacaqlar. Final mərhələləri isə Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) son yenilənmiş qaydalarına uyğun keçiriləcək.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi