Rusiya Prezidentinin mətbuat katibi Dmitry Peskov Fransa tərəfindən “Tagor” tankerinin saxlanılmasını sərt şəkildə tənqid edib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, Peskov bildirib ki, bu cür addımlar “beynəlxalq quldurluğa yaxın hərəkətlərdir”.
“Biz belə hərəkətləri qanunsuz hesab edirik, onlar beynəlxalq quldurluğa yaxındır. Biz tamamilə razı deyilik ki, bu addımlar beynəlxalq hüquqa tam uyğun şəkildə həyata keçirilir”, – deyə Kreml nümayəndəsi vurğulayıb.
Hadisə ilə bağlı Franca prezidenti Emmanuel Makron bildirib ki, Atlantik okeanında Rusiyadan yola çıxmış tanker saxlanılıb.