01 iyun 2026 14:48
88

AYNA: İstirahət günlərində 102 minə yaxın sərnişin mənzil başına çatdırılıb

Azərbaycanda avtovağzal və avtostansiyaların gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyi 26-31 may tarixlərində (Müstəqillik Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 1 482 reys həyata keçirilib, 40 783 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

“İki sahil” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadla xəbər verir.

Məlumata görə, adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 170-ə yaxın reys həyata keçirilib.

6 gün ərzində bölgə avtovağzallarından isə müxtəlif istiqamətlərə, o cümlədən paytaxta 5 460 reyslə 60 760-a yaxın sərnişin daşınıb.

Biletlərin 55 %-i avtovağzalların kassalarından, 45 %-i isə onlayn qaydada "biletim.az" portalından əldə edib.

Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.