Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb. “İki sahil” xəbər verir ki, Ravşan Xocayevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışını Çimkənddə davam etdirəcək. 13 boksçunun cəlb olunduğu hazırlıq iyunun 12-də başa çatacaq. Toplanışda əsasən texniki-taktiki məşqlərə üstünlük veriləcək. Hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.
Qeyd edək ki, məşqlər Çində keçiriləcək Dünya kubokuna hazırlıq xarakteri daşıyır.
Super Liqada mübarizə aparacaq qadın və kişi komandalarının nümayəndələri ilə görüş keçirilib
Cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub