22 dekabr 2016 17:14
213

30 nömrəli quyunun tikintisinə başlanılıb

SOCAR-AQŞ “Qərbi Abşeron” yatağındakı 20 nömrəli stasionar dəniz özülündən 30 nömrəli quyuda qazma işlərinə başlayıb.

Müəssisədən AZƏRTAC-a bildirilib ki, layihə dərinliyi 750 metr olan 30 nömrəli quyunun qirməki dəstə-3 (QD-3) horizontuna qazılması planlaşdırılır.

SOCAR-AQŞ digər quyularda olduğu kimi, bu quyunu da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur.