İyunun 4-6-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.
Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Şəkidə arı xəstəliklərinin idarə olunması və biotəhlükəsizlik üzrə genişmiqyaslı təlim proqramı başlayıb
Bakı Slavyan Universitetindən bölgələrdən olan qız abituriyentlərə xüsusi fürsət!