İyunun 4-də gənclər və idman naziri Fərid Qayıbov Salyan şəhərində Neftçala və Salyan rayon sakinlərini qəbul edib.
“İki sahil” xəbər verir ki, qəbuldan öncə nazir Fərid Qayıbov Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovla birlikdə Salyan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Salyan Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşları dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda iyun ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var