"Şəhərsalma və Memarlıq İli" çərçivəsində “5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” ilə əlaqədar Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının əməkdaşları və partiya fəallarının iştirakı ilə Kürdəmir şəhəri C.Cabbarlı küçəsi ərazisində iməcilik işləri həyata keçirilib.
“İki sahil” xəbər verir ki, təşkil olunan aksiyada yol kənarlarının alaq otlarından təmizlənməsi, məişət tullantılarının yığılması işləri aparılıb. Bu cür təşəbbüslər cəmiyyətin inkişafına və ekoloji mühitin sağlam saxlanmasına töhfə verməklə yanaşı, ictimai şüurun formalaşmasında mühüm rol oynayır.