Bu günlərdə “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 29 nömrəli quyu qazmadan sonra istismara verilmişdir.Quyu qirməki lay dəstəsindən elektrikli dalma nasosu üsulu ilə məhsul vermiş, hazır süzgəclər endirilməklə (769-651 metr intervaldan) sutkalıq 14 ton neft hasilatı ilə istismar fonduna qəbul edilmişdir.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ tərəfindən həyata keçirilir.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub