Dekabrın 22-də SOCAR-ın Baş ofisində müəssisə və təşkilatların fəaliyyət effektivliyinin artırılması istiqamətində həyata keçirilmiş “Əməliyyat effektivliyinin artırılması və xərclərin optimallaşdırılması” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
Son illər SOCAR-ın beynəlxalq standartlara cavab verən ən qabaqcıl effektiv idarəetmə sistemlərinə və texnologiyalarına malik beynəlxalq şirkətə çevrilməsi istiqamətində bir cox uğurlu layihələr həyata keçirilmişdir. Bunlardan biri də SOCAR və “Ernst & Young” beynəlxalq məsləhətçi şirkəti arasında bağlanmış müqaviləyə əsasən şirkətin idarə və müəssisələrində birgə reallaşdırılmış “Əməliyyat effektivliyinin artırılması və xərclərin optimallaşdırılması” layihəsidir. SOCAR-ın idarə və müəssisələrinin mütəxəssisləri layihə çərçivəsndə optimallaşmanın istiqamətləri üzrə məsləhətçi şirkət tərəfindən keçirilən təlimlərdə iştirak etmiş və beynəlxalq təcrübə ilə tanış olmuşlar.
SOCAR-ın İqtisadiyyat və uçot idarəsinin rəhbərliyi, həmçinin “Ernst & Young” şirkətinin nümayəndəsinin iştirakı ilə təlimləri müvəffəqiyyətlə başa vurmuş 24 nəfər SOCAR mütəxəssisinə sertifikatlar təqdim edilmişdir.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub