Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda bu gün növbəti görüşünü keçirəcək.
“İki sahil” xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv 1/4 finalda Almaniya ilə üz-üzə gələcək.
Qarşılaşma saat 21:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün pley-in mərhələsində Litvanı 14:12 hesabı ilə məğlub edib.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi