Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəyə məğlubiyyətlə başlayıb.
“İki sahil” xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu kollektiv İsveçdə Yunanıstan yığması ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 3:0 (20:25, 22:25, 7:25) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komanda növbəti matçını sabah ev sahibi İsveçə qarşı keçirəcək.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi