Sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Alatava” və “Puta” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, təmir müddətində Qaradağ rayonun Güzdək və Qızdaş qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Aparılan işlərin Bakı şəhəri Binəqədi rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub