OPEC+ ABŞ-nin İranla münaqişəsinin hələ də təşkilatın bəzi üzvlərinin hasilatı artırmasına mane olmasına baxmayaraq bazar günü son dörd ayda dördüncü dəfə neft hasilatı hədəflərini artırmaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters"ə təşkilatdakı üç mənbə məlumat verib.
Qeyd olunur ki, OPEC+ üzvü olan yeddi ölkə hədəf göstəricilərini iyul ayından etibarən sutkada təxminən 188 min barel artıracaq. Bu, iyun ayında artırıldığı qədərdir, lakin BƏƏ-nin təşkilatdan çıxması nəzərə alınmaqla may və aprel aylarında gündəlik 206 min barel artımından azdır.
Qeyd edək ki, bu gün OPEC+ Nazirlərinin Monitorinq Komitəsinin görüşü, nazirlərin görüşü, OPEC ölkələrinin iclası və "Yeddiliy"in (Səudiyyə Ərəbistanı, İraq, Küveyt, Əlcəzair, Qazaxıstan, Rusiya və Oman - red.) görüşü planlaşdırılır. Mənbələrin sözlərinə görə, təşkilatın siyasətində heç bir dəyişiklik gözlənilmir.
Fars körfəzi ölkələrinin ixracının azalması səbəbindən OPEC-də neft hasilatı azalıb. Təşkilatın məlumatına görə, aprel ayında hasilat orta hesabla 33,19 milyon b/s, fevral ayında isə 42,77 milyon təşkil edib.
Rafael Şvartsman: Azərbaycan aviasiya yanacağının təminatı və tədarükü logistikasında üstünlüklərə malikdir
IATA: Azərbaycanın aviasiya bazarı inkişaf səviyyəsinə görə Mərkəzi Asiyanı qabaqlayır
AYİB-in Riqadakı plenar sessiyasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasından danışılıb