İyunun 7-14-də Gəncədə basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı baş tutacaq.
Azərbaycan Basketbol Federasiyasından “İki sahil”ə verilən məlumata görə, komandanın baş məşqçisi Tahir Baxşıyev hazırlıq prosesinə aşağıdakı oyunçuları dəvət edib:
Amil Həmzəyev, Kamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Əkbər Məmmədov, Ulaş Turqut, Ercan Donat, Səid İsmayılov, Emanuel Aqbason, Orxan Aydın, Nicat Məmmədli və Derin Berkoz.
Toplanış yığmanın 2029-cu ildə baş tutacaq Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində Lüksemburq və İrlandiya yığmalarına qarşı keçirəcəyi son qrup oyunlarına hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, Gəncə toplanışında əsas milli komanda ilə yanaşı, U-18 və U-20 yığmaları da iştirak edəcəklər.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var