İtaliyanın Roma şəhərində keçirilən Dünya Taekvondo Qran Pri turnirində Azərbaycan millisinin üzvü Qaşim Maqomedov (-58 kq) bürünc medal qazanıb. Təmsilçimiz medala gedən yolda italiyalı, yunanıstanlı və çinli rəqiblərini mübarizədən kənarlaşdırıb. Qeyd edək ki, idmançımız turnirə Dünya Taekvondo Federasiyasının (WT) reytinq sıralamasına əsasən dəvət almışdı.
“Qran Pri” seriyası dünya taekvondosunun ən nüfuzlu yarışlarından biri hesab olunur və burada qazanılan nəticələr idmançılara həm dünya reytinqi, həm də Olimpiya təsnifatı xalları qazandırır.
Qadın həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunda mübarizəni dayandırıb
Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi