Almaniyanın Nürnberq şəhərində Parataekvondo üzrə Prezident Kubokuna yekun vurulub.
“İki sahil” xəbər verir ki, yarışda Azərbaycan milli komandasının üzvləri uğurlu çıxış edərək 1 qızıl və 2 bürünc medal qazanıblar. Belə ki, Sabir Zeynalov (58 kq) bütün rəqiblərini üstələyərək turnirin qalibi olub. İmaməddin Xəlilov (70 kq) və Amin Əliyev (63 kq) isə bürünc medala layiq görülüblər. Qeyd edək ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırıb.
Xatırladaq ki, üç gün əvvəl İtaliyanın paytaxtı Romada keçirilən və dünyanın ən reytinqli parataekvondoçularının mübarizə apardığı Qran-Pridə də idmançılarımız uğurlu çıxış edərək Sabir Zeynalov qızıl, İmaməddin Xəlilov isə bürünc medal qazanmışdı.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var