Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan "İki sahil"ə verilən xəbərə görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Uzuntala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 1 ton 200 kiloqram olan 3300 ədəd çətənə kolu məhv edilib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
Laçında ümumi gücü 10,7 meqavat olan daha üç su elektrik stansiyası inşa edilir