Sabah Şəki rayonunun Baş Zəyzid və Vərəzət kəndlərinin təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə "İki sahil"ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Buna səbəb payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasıdır.
Məlumata görə, iyunun 9-da saat 10:00-dan etibarən işlər yekunlaşanadək adıçəkilən yaşayış məntəqələrinin qaz təchizatı dayandırılacaq.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
Laçında ümumi gücü 10,7 meqavat olan daha üç su elektrik stansiyası inşa edilir