İran İsrailə zərbələri dayandırdığını elan edib.
“İki sahil” xəbər verir ki, bu barədə İranın "Fars" agentliyinə istinadla "Ynet" məlumat yayıb.
Lakin eyni zamanda Livanda eskalasiya olacağı təqdirdə yeni hücumlarla hədələyib.
"İran Silahlı Qüvvələri İsrailə qarşı hərbi əməliyyatları dayandırdığını elan edib", - bildirilib.
Bununla yanaşı, Tehranda vurğulanıb ki, əgər İsrail ordusu Livanda "Hizbullah" qruplaşmasına qarşı hərbi əməliyyatları davam etdirərsə, İran daha sərt cavab zərbəsi endirəcək.
Şahbaz Şərif ŞƏT-in 2035-ci ilədək İnkişaf Strategiyasının həyata keçirilməsinə çağırıb
Paşinyan Bişkekdə Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın vacibliyini bəyan edib