Florentino Perez yenidən klub prezidenti seçildikdən sonra verdiyi açıqlama ilə diqqət çəkib.
“İki sahil” xəbər verir ki, İspaniya nəhənginin rəhbəri komandanın gələcək planlarından danışarkən, baş məşqçi postu ilə bağlı yayılan iddialara da münasibət bildirib. Peres, portuqaliyalı mütəxəssis Joze Mourinyonun Madrid təmsilçisinə qayıdacağını təsdiqləyib.
O, komandanın yeni uğurlar qazanmaq üçün güclü heyətə malik olduğunu vurğulayaraq, Mourinyonun yenidən kluba qoşulmasının qürurverici olduğunu deyib. Klub rəhbərinin sözlərinə görə, təcrübəli mütəxəssis həm dünyanın ən tanınmış məşqçilərindən biridir, həm də "Real" ailəsinin bir parçası hesab olunur.
Qeyd edək ki, son aylarda Joze Mourinyonun yenidən "Real Madrid"in sükanı arxasına keçəcəyi ilə bağlı müxtəlif iddialar səsləndirilirdi. Təcrübəli çalışdırıcı daha əvvəl 2010-2013-cü illərdə Madrid klubuna rəhbərlik edib və həmin dövrdə komanda ilə bir sıra uğurlara imza atıb.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var