İyunun 8-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Serbiya Respublikasının idman naziri Zoran Qayiçi qəbul edib.
“İki sahil” xəbər verir ki, görüş zamanı Azərbaycan və Serbiya arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Həmçinin təcrübə mübadiləsinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və beynəlxalq platformalarda əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova, Serbiya idman nazirinin müşaviri Zelko Traykoviç, Serbiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Draqan Vladisavlyeviç iştirak ediblər.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var