İranın Hörmüzdən Bab-əl-Məndəb boğazınadək və Fars körfəzindən Qırmızı dənizədək yeni "təhlükəsizlik kəməri"nin yaradılması planları açıqlanıb.
“İki sahil” IRIB agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Əl-Qüds" qüvvələrinin komandanı İsmayıl Qaani bildirib.
"Qəhrəman Yəmən xalqının vaxtında və qətiyyətli addımları müqavimət cəbhəsinin zəkasını nümayiş etdirir. Zərurət yaranarsa, digərləri də gələcək", - o bildirib.
Qaani İranın müttəfiqlərini nəzərdə tutaraq sərhədlərin müdafiəsində Birləşmiş Müqavimət Cəbhəsinin bütün üzvlərinin iştirak edəcəyini bəyan edib.
Paşinyan Bişkekdə Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın vacibliyini bəyan edib
Hücumlar nəticəsində altısı "Ukrayna Dəmir Yolları"nın (UDY) işçisi olmaqla, yeddi nəfər ölüb